Icma.az
close
up
RU
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı ilə İrəvan arasında normallaşma prosesini müzakirə edib

Mirzoyan Finlandiya Prezidenti ilə Bakı ilə İrəvan arasında normallaşma prosesini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

“Report” bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

“Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Ermənistanın XİN başçısı Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün siyasi iradənin mövcud olduğunu bəyan edib.

seeBaxış sayı:48
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri