Mirzoyan: İrəvanın Aİ seçimi dönməzdir
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Ermənistan Avropa İttifaqı (Aİ) yönündə qəti seçim edib".
Oxu.Az "Armenpress" agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 20-də Aİ-nin Şərqi Avropa və Mərkəzi Asiyadakı səfirlərinin regional yığıncağının açılışında deyib.
"Ermənistan demokratiya, sülh, Avropa yönündə dönməz seçim edir. İnanırıq ki, bu qətiyyətli addımlar avropalı tərəfdaşlarımız tərəfindən eyni dərəcədə cəsarətli və strateji qarşılıqlı əlaqə ilə qarşılanacaq", - deyə Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, İrəvan təkcə dəstəyə deyil, həm də Aİ ilə qarşılıqlı tərəfdaşlığın möhkəmləndirilməsinə ümid edir.
Qeyd edək ki, aprelin 4-də Ermənistan Prezidenti Vahaqn Xaçaturyan respublikanın Aİ-nin tərkibinə daxil olması prosesinin başlanması haqqında qanun imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 May 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















