Icma.az
close
up
RU
Mirzоyan Maltada Fidan və Blinken ilə qısa görüşlər keçirdi

Mirzоyan Maltada Fidan və Blinken ilə qısa görüşlər keçirdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Valettada (Malta) türkiyəli həmkarı Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşüb.

Publika.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qısa görüşlər ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində keçirilib.

A.Mirzоyanın türkiyəli həmkarı və Blinken ilə apardığı müzakirələrin mövzuları açıqlanmayıb.

Məlumatda qeyd olunub ki, Mirzoyan, həmçinin Almaniya, Avstriya, Lüksemburq, Ukrayna, Niderland və Andorranın XİN başçıları ilə də görüşüb.

seeBaxış sayı:38
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri