Mirzoyan Rusiyanı sərt tənqid etdi: Bizə təzyiq göstərmək üçün...
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Mirzoyan Rusiyanı Avrasiya İqtisadi Birliyinin qaydalarını pozmaqda və Ermənistana təzyiq göstərməkdə ittiham edib.
Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, Rusiya tərəfindən xarici vətəndaşlar üçün müəyyən edilən 90 günlük qalma tələbi Avrasiya İqtisadi Birliyinin (AİB) qaydalarına ziddir.
Mirzoyanın sözlərinə görə, bu məsələ hazırda Rusiya tərəfi ilə müzakirə olunur. Çünki bu, təkcə Ermənistanın deyil, həm də digər Birlik üzvlərinin maraqlarına təsir göstərir.
Nazir vurğulayıb ki, Rusiya bunu qəsdən törədir və Ermənistana siyasi mövqeyini dəyişdirmək üçün təzyiq göstərməyə çalışır.
“Əgər belədirsə, bu cür siyasətin gələcəyi yoxdur. Çünki biz tərəfdaşlarımızla münasibətləri inkişaf etdirməyə hazırıq, amma suverenliyimiz bahasına buna gedən deyilik”, – Mirzoyan vurğulayıb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Oktyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















