Mirzoyan: “Sülh prosesində konstitusiya dəyişikliyi məsələsi yoxdur”
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın xarici işlər naziri bu gün Orbeli Forum 2025-də ölkəsinin konstitusiya dəyişikliklərini Azərbaycanla münasibətlərin normallaşdırılması və ya sülh müqaviləsinin imzalanması gündəminə daxil edilmədiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Ararat Mirzoyan azərbaycanlı jurnalistin sualına cavab olaraq, deyib: “Ermənistan konstitusiyasının heç bir maddəsi Azərbaycan üçün narahatlıq doğurmamalıdır. Buna görə də bu məsələni danışıqlar gündəmi kimi qəbul etmirik və bu barədə danışıqlar aparmırıq”.
O bununla belə vurğulayıb ki, sülh bərqərar olub, bir neçə vacib məsələdə razılaşmalar əldə edilib, lakin hələ də iki ölkə arasında razılaşılmayan məsələlər mövcuddur”.
Erməni nazir həmçinin xatırladıb ki, Ermənistan hökuməti 2018-ci ildən bəri konstitusional dəyişikliklərin zəruriliyini müzakirə edir, lakin bu məsələnin yalnız daxili gündəm olduğunu vurğulayıb.
Mirzoyan söhbətinin sonunda sülh müqaviləsinin yekun imzalanmasından sonra sənədin hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənəcəyinə ümid etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 07 Noyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















