Icma.az
close
up
RU
Mirzoyan: “Sülh sazişi mətninin 17 bəndindən 15i razılaşdırılıb”

Mirzoyan: “Sülh sazişi mətninin 17 bəndindən 15i razılaşdırılıb”

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ötən il Azərbaycanla sərhədin delimitasiyası sahəsində mühüm nailiyyətlər əldə olunub”

“Ötən il Azərbaycanla sərhədin delimitasiyası sahəsində mühüm nailiyyətlər əldə olunub”. Bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Mahiyyət etibarı ilə ilk beynəlxalq hüquqi sənəd, dövlət sərhədinin delimitasiyası komissiyasının birgə fəaliyyəti haqqında əsasnamə qəbul edilib”, - deyən nazir insanları bu ərazilərə getməyə, “orada həyatın necə getdiyini öz gözləri ilə görməyə” çağırıb.

Nazir bu işin davam etdirilməsi ilə bağlı Azərbaycanla razılaşmanın olduğunu bildirərək, sərhədlərin delimitasiyası komissiyalarının növbəti iclasının yanvarda baş tutacağını söyləyib.

XİN başçısı vurğulayıb ki, xarici işlər nazirləri və ölkələrin liderləri səviyyəsində keçirilən görüşlərdə sülh sazişi ilə bağlı bir sıra təkliflər və ya təkliflərin bir hissəsi mübadiləsi aparılıb, lakin “hələlik sülh müqaviləsinin yekun mətni yoxdur”.

“Son təklif ay yarım əvvəl göndərilib. Ermənistan tərəfi cavab gözləyir. 17 bənddən 15-i razılaşdırılıb. Baxaq, Azərbaycan tərəfinin cavabı necə olacaq. Əminik ki, biz qarşılıqlı məqbul təkliflərlə çıxış etmişik ki, bu təkliflər bizə həm də kommunikasiyaların blokdan çıxarılması məsələsini mümkün qədər tam həll etməyə imkan verəcək”, - Mirzoyan əlavə edib.

Nazir xatırladıb ki, Ermənistan tərəfi “Sülh kəsişməsi” layihəsini təklif edib və bu layihə xarici tərəfdaşlar tərəfindən bəyənilib: “Ermənistanla Azərbaycan arasında kommunikasiyaların bloklanmasına gəlincə, Ermənistanın Baş naziri Nikol Paşinyan Kazanda bizim təkliflərimizi səsləndirdi, sonra Baş nazirin müavini Mher Qriqoryan onları təqdim etdi. İlk reaksiya kifayət qədər müsbət oldu, lakin hələ ki, rəsmi cavab yoxdur. Biz Yeraşx-Naxçıvan-Mehri dəmir yolunda gömrük prosedurlarının və malların təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin müəyyən sadələşdirilməsini təklif etmişik”.

Mirzoyan əlavə edib ki, Türkiyə ilə də müəyyən razılaşmalar əldə olunub. Onun sözlərinə görə, Qars-Gümrü dəmir yolu təkcə iki ölkəyə deyil, həm də regiona iqtisadi imkanlar verəcək, Azərbaycanın timsalında isə sülh üçün mühüm amil rolunu oynayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri