Mis qiymətlərində tarixi rekord
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Mis qiymətlərində tarixi rekord.
Banco.az xəbər verir ki, mis qiymətləri ABŞ Prezidenti Donald Trampın emal edilmiş mis idxalına tətbiq olunan gömrük rüsumlarını genişləndirəcəyi ilə bağlı gözləntilərin təsiri ilə həftələrdir davam edən yüksəlişini sürdürərək London Metal Birjasında (LME) bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
LME-də misin qiyməti 0,8 faizə qədər artaraq bir ton üçün 14 min 533 dollara yüksəlib və bununla da yanvar ayında qeydə alınmış əvvəlki rekordu geridə qoyub.
Mis qiymətləri son bir ildə 17 faiz bahalaşıb. Bu artımda uzunmüddətli tələb-təklif balanssızlığı əsas amillərdən biri olub.
ABŞ Ticarət Nazirliyinin mis idxalına gömrük rüsumu tətbiq edilməsinin zəruri olub-olmaması ilə bağlı tövsiyələrini əks etdirən hesabatı Ağ Evə təqdim etməsindən təxminən iki ay keçməsinə baxmayaraq, bazarlarda mümkün rüsum tətbiqinə dair gözləntilər hələ də qiymətlərdə öz əksini tapır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Sentyabr 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















