Mişel COP29 ilə bağlı paylaşım edib: Ədalətli və inklüziv keçid üçün tədbir görməliyik
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
“Report” xəbər verir ki, bu barədə belçikalı siyasətçi “X” sosial şəbəkəsində qeyd edib.
“Kollektiv mübarizəmiz ekzistensial önəm daşıyır. Kollektiv intihar yerinə sağ qalma instinktini seçməliyik. Eyni zamanda, ədalətli və inklüziv keçid üçün tədbir görməliyik”, – o yazıb.
Aİ-nin ali məmuru Avropa icmasının “bu çağırışı qəbul etməyə hazır” olduğunu vurğulayıb.
Xatırladaq ki, noyabrın 10-dan 11-nə keçən gecə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Günorta isə Aİ liderinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutub. Daha sonra Mişel sosial şəbəkədə Brüsselin “Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri əvvəlki kimi dəstəkləməyə hazır” olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 11 Noyabr 2024 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















