Misin qiyməti rekord səviyyəyə çatdı
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal mis bazarında qiymətlər yenidən artım trayektoriyasına daxil olub.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya məsələsi fonunda Avropa ölkələrinə qarşı tarif təhdidləri, dolların zəifləməsi və Çinin iqtisadi artım hədəflərinə yaxınlaşması misin bahalaşmasına təkan verib.
Misin bir tonunun qiyməti 1,3 faiz artaraq 12 965 ABŞ dollarına yüksəlib. Donald Tramp Almaniya və Böyük Britaniya daxil olmaqla, Qrenlandiyanın alınması planına qarşı çıxan səkkiz Avropa ölkəsinə tarif tətbiq ediləcəyini açıqlayıb. Bu açıqlama fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi qiymətli metalların, dolayısı ilə əsas sənaye metalları olan misin də bahalaşmasına səbəb olub. Analitiklər bildirir ki, mümkün ABŞ–Avropa ticarət müharibəsi sənaye tələbi üçün risk yaratsa da, bazarlarda qeyri-müəyyənlik qiymətləri dəstəkləyən əsas amillərdən biridir.
Mis qiymətlərinin son beş ayda yüksəlməsinin əsas səbəblərindən biri qlobal təchizat çatışmazlığıdır. Bazarda təklifin kifayət qədər olmaması qiymətlər üzərində yuxarı istiqamətli təzyiqi gücləndirir.
Digər mühüm faktor isə süni intellekt sektorunda sürətli inkişafdır. Bu sahədə artan investisiyalar kabel, enerji ötürücü xətlər və bərpa olunan enerji avadanlıqlarında geniş istifadə olunan misə tələbi artırır.
Çində müşahidə olunan intensiv alış fəaliyyəti də qiymət artımını stimullaşdıran əsas amillər sırasındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 19 Yanvar 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















