Icma.az
close
up
RU
Misir donor təşkilatlardan ölkədəki qaçqınlar üçün yardım istəyib

Misir donor təşkilatlardan ölkədəki qaçqınlar üçün yardım istəyib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 24 sentyabr, AZƏRTAC

Bölgədəki təhlükəsizlik səbəbindən Misirə sığınmış qaçqınlara çəkilən xərclər dövlət büdcəsinin yükünü artırıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ayrılan maliyyədə azalma bu işi daha da çətinləşdirib.

AZƏRTAC xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülati bildirib.

Qaçqınların və sığınacaq istəyənlərin qəbul edilməsi və onların cəmiyyətə inteqrasiyasının gətirdiyi yükün artdığını vurğulayan nazir ölkələrdən və donor təşkilatlardan yardım istəyib. O, Ali Komissarlığın donorlar və beynəlxalq tərəfdaşlarla səylərini artırmasını, maliyyə boşluqlarını doldurmaq və Misirə dəstək vermək üçün onları təşviq etməsini gözlədiyini bildirib.

Misir hökumətinin hesablamalarına görə, ölkəyə gələnlərin qəbulunun illik xərci təxminən 10 milyard dollar təşkil edir. Prezident Abdülfəttah əl-Sisi may ayında "qonaqların" Misirin məhdud resursları üzərində yaratdığı təzyiqə diqqət çəkib.

Misir hökumətinin məlumatlarına görə, ölkədə 133 dövlətdən 9 milyon nəfərdən çox əcnəbi yaşayır. Bunların arasında qaçqınlar, sığınacaq istəyənlər, miqrantlar və müvəqqəti yaşayış icazə alanlar çoxluq təşkil edir və bu insanlar Misiri 107 milyondan çox əhalisinin 8,7 faizini təşkil edir.

Ali Komissarlığın avqust ayın olan məlumatına görə, Misirdə 1 milyondan çox qaçqın və sığınacaq istəyən qeydiyyatdan keçib. Onların böyük əksəriyyətini sudanlılar təşkil ediblər. Komissarlıq bildirib ki, 97 milyon dollarlıq maliyyə çatışmazlığı ilə üzləşib və tələb olunan ümumi məbləğin yalnız 29 faizi ilə işləməyə məcbur qalıb. Bu çatışmazlıq nəticəsində, may ayından etibarən çoxməqsədli müntəzəm maliyyə yardımı alacaq ailələrin sayı azaldılıb və Misirdə qaçqınların təcili müdaxilələr istisna olmaqla, tibbi müalicəsi dayandırılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri