Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Misirin əl-Bəhr əl-Əhmər vilayətinin Ras Qarib regionunda tikilmiş Amont Külək Elektrik Stansiyasının may ayında ölkənin ümumi elektrik şəbəkəsinə qoşulması məqsədilə sınaq işlərinə başlanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu məqsədlə stansiyanın generatorlarına 500 meqavat gücündə gərginlik verilib.
Birləşmiş Ərəb Əmirliklərinin AMEA şirkəti tərəfindən həyata keçirilən layihənin dəyəri 700 milyon dollardır və ildə təqribən 2 milyard kilovatsaat enerji istehsal edəcək. Bu da öz növbəsində karbon tullantılarının ildə təxminən 1,3 milyon ton azaldılmasına töhfə verəcək, 200 mindən çox mənzili enerji ilə təmin edəcək.
Layihə Misirdə bərpaolunan enerji sahəsində həyata keçirilən və ümumi investisiya dəyəri 2 milyard dollardan çox olan mühüm layihələrdən biridir. Bu çərçivədə Asuanda “Abidos 1” Günəş Elektrik Stansiyası işə salınıb. Bundan başqa, enerjinin saxlanması yerlərinin və digər külək enerjisi stansiyalarının inşası layihələri yerinə yetirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 Mart 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















