Misir ilk nüvə reaktorunun təzyiq konteynerini Rusiyadan təhvil alır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 25 sentyabr, AZƏRTAC
Misir əl-Dabaa Atom Elektrik Stansiyasının (AES) ilk reaktorunun təzyiq konteynerini Rusiyadan qəbul etməyə hazırlaşır.
AZƏRTAC “almasdar” saytına istinadla xəbər verir ki, bu məqsədlə Misirin elektrik və bərpaolunan enerji naziri Mahmud İsmət sentyabrın 24-də Dünya Nüvə Həftəsində iştirak etmək üçün Moskvaya səfər edib.
Eyni zamanda, misirli nazir Sankt-Peterburqdakı “AEM-Technology” zavodunda istehsal olunan təzyiq konteynerinin Misirə göndərilməsi tədbirində iştirak edəcək.
Qeyd edək ki, Misirin ilk AES-nin tikintisi üzrə saziş 2017-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin Qahirəyə səfəri zamanı imzalanıb. Keçən ilin yanvarında stansiyanın təməli qoyulub. Sazişə əsasən, hər biri 1200 meqavat gücündə 4 nüvə reaktorunun tikintisi planlaşdırılır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:35
Bu xəbər 25 Sentyabr 2025 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















