Misir Mərdanov Paşinyan haqda fikirlərinə görə tənqid olundu CAVAB
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Sabiq təhsil naziri Misir Mərdanovun Ermənistan və Ermənistanın baş naziri Nikol Paşinyan ilə bağlı müsahibəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
O müsahibəsində "Paşinyan bizim rayondan - İcevandandır. Onun əmisi rayonda tanınmış həkim idi. Xəstələrin əməliyyata ehtiyacı olduqda hamı o cərrahı axtarırdı” deyib.
Fikirləri gündəm olunan sabiq nazir Misir Mərdanov AZXEBER.COM-a açıqlamasında Paşinyan haqda fikirlərinə belə aydınlıq gətirib: Sezar pizza
"İlk onu bildirim ki, bizim kənddə heç vaxt erməni yaşamayıb. Ancaq rayonumuz erməni rayonu olub. Mən şəxsən Paşinyanı və əmisini tanımıram. Ancaq danışılanlardan eşitmişəm ki, bizim rayonda tanınmış həkim olub. Onun üzünü də heç vaxt görməmişəm. Görə də bilməzdim. Çünki mən orta məktəbi qurtarıb Bakıya gəlmişəm. Mən olanı və eşitdiyimi demişəm.
Misir Mərdanov onu tənqid edənlər haqda da danışıb:
"Haqqımda kim nə deyir desin. Mən heç kəsi tərifləməmişəm. Sadəcə olaraq eşitdiklərimi danışmışam. Mənim eşitdiklərimi müzakirə edənlər nə tez unutdu ki, 1988-ci ilə qədər Bakıda əsas vəzifələri ermənilər tutmuşdu. Bunu hamı bilir, bilməyən yoxdur. Böyük küçələrimizin adı ermənilərin adına idi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 16 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















