Misir millisinin futbolçusu saxtakarlığa görə həbs olundu
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misir millisinin yarımmüdafiəçisi Ramazan Sobhi təhsil saxtakarlığında təqsirli bilinib. Sport24.az xəbər verir ki, bu barədə "The Straits Times" nəşri məlumat yayıb.
Sobhi iyul ayında klubu "Piramids"lə Türkiyədəki mövsümöncəsi təlim-məşq toplanışından qayıdarkən rəsmi sənədləri saxtalaşdırmaq və Giza qubernatorluğundakı özəl turizm və qonaqpərvərlik institutunda imtahan vermək üçün başqa bir şəxsdən istifadə etmək ittihamı ilə həbs olunub.
Çərşənbə axşamı, dekabrın 30-da Giza Cinayət Məhkəməsi 28 yaşlı futbolçunu və ikinci təqsirləndirilən şəxsi məcburi əməklə bir il həbs cəzasına məhkum edib. Üçüncü təqsirləndirilən şəxs bəraət alıb, qaçaqda olan dördüncü təqsirləndirilən şəxs isə qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilib.
Həbs cəzasına əlavə olaraq, Sobhi noyabrda İdman Arbitraj Məhkəməsi tərəfindən qüvvədə saxlanılan antidopinq qaydalarını pozduğuna görə dörd illik cəza ilə üzləşə bilər.
Qeyd edək ki, Sobhi Misir millisində 37 oyun keçirib. Yarımmüdafiəçi karyerası ərzində Premyer Liqada "Stok Siti" və "Haddersfild Taun" kimmi komandaların formasını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















