Icma.az
close
up
RU
Misir piramidalarının daha sirri açılıb

Misir piramidalarının daha sirri açılıb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Tədqiqatçılar Misir piramidaların tikintisi zamanı qul əməyindən istifadə olunması ilə bağlı mifə son qoyublar. Arxeoloqların fikrincə, bu piramidalar dövrünün yüksək ixtisaslı işçiləri tərəfindən inşa edilib.
Reyting.az
-ın məlumatına görə, son araşdırmalar nəticəsində arxeoloqlar müəyyən ediblər ki, Misir piramidalarını əvvəllər güman edildiyi kimi, qullar deyil, yüksək ixtisaslı işçilərdən ibarət dəstələr tikiblər.
Misirşünas alim Zahi Həvass "Matt Beall Limitless" verilişində deyib ki, aparılmış son qazıntılar zamanı mütəxəssislər bizim eradan əvvəl XIII əsrə aid olan, əvvəllər öyrənilməmiş artefaktlar aşkar ediblər. Xüsusi maraq doğuran tapıntılar əsasən qədim Giza piramidasının cənubunda yerləşən dəfn kompleksləri olub. Qazıntılar nəticəsində tədqiqatçılar qəbir komplekslərində daş blokların daşınmasını təsvir edən bir çox heykəllər və üzərində heroqlif yazılarının olduğu abidələr tapıblar.
Son tapıntılarla barədə məlumat verən Həvvas deyib:
"Tapılan sübutlar göstərir ki, tikinti işçiləri yüksək sosial statusa malik olublar. Onların hamısının piramidaların yaxınlığında dəfn olunması haqqında üzə çıxmış yeni faktlar, dəlillər bir daha sübut edir ki, qul əməyindən istifadə olunması ehtimalı nəzəri baxımdan istisnadır. Eyni zamanda nəzərə almaq lazımdır ki, qədim piramidaların tikintisində qul əməyindən yox, peşəkar mütəxəssislərin əməyindən istifadə olunması, üstəlik, artıq təsdiqini tapmış yeni fakt elmi baxımdan daha çox məntiqə uyğundur, nəinki əvvəllər elmin irəli sürdüyü nəzəriyyələr".
Alimlər vurğulayıblar ki, nəhəng tikililərin inşasına təşkilatlanmış mütəxəssislərdən ibarət olan və peşəkarlığı ilə seçilən böyük qruplar cəlb olunub. Bu qruplar müəyyən funksiyanı yerinə yetiriblər: materialın çıxarılması, blokların yonulması, tikinti zamanı taxta platformalardan istifadə etməklə, onların daşınması.
Tədqiqatçıların araşdırmaları zamanı o da məlum olub ki, iş qrafikində hər on günlük dövrdə bir istirahət günü nəzərdə tutulub və bu qərarın verilməsi belə işçilərlə qarşılıqlı razılaşma əsasında qəbul olunub.
Tədqiqatçılar xatırladırlar ki, qədim Misir sivilizasiyasının ən iri tikilisi sayılan Giza piramidası bu gün də alimlər üçün böyük elmi maraq kəsb edir. Yaşı 4500 ildən çox olan bu əzəmətli memarlıq abidəsi qədim dünyanın yeddi möcüzəsindən günümüzə qədər gəlib çatan yeganə nümunədir.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 İyul 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri