Misir Prezidenti və ABŞ Prezidentinin köməkçisi girov problemini müzakirə ediblər AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 14 dekabr, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanı qəbul edib. Görüşdə Qəzzada radikallar tərəfindən saxlanılan girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla dəyişdirilməsi perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir liderinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş zamanı iki ölkənin Qəzzada atəşkəs və girovların mübadiləsinə dair razılaşma əldə etmək səyləri nəzərdən keçirilib. Qışın başlaması ilə əlaqədar sektorun əhalisinə humanitar yardımın göstərilməsi üçün təcili tədbirlər görülməsinin vacibliyi vurğulanıb.
Tərəflər Suriyadakı vəziyyətin inkişafına xüsusi diqqət yetiriblər. Misir Prezidenti “Suriyanın birliyini və ərazi bütövlüyünü qorumaq və Suriya xalqının təhlükəsizliyini təmin etmək zərurətini” xüsusi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















