Misir sentyabrda BVF yə 397 milyon dollar ödəyəcək
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qahirə, 13 sentyabr, AZƏRTAC
Misir bu ay Beynəlxalq Valyuta Fonduna (BVF) 397 milyon dollar ödəməyi planlaşdırır.
AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, ölkə cari ilin son rübündə 1,07 milyard dollar ödəməlidir.
BVF-nin sözçüsü Culi Kozak bildirib ki, Misir üçün nəzərdə tutulan “Genişləndirilmiş Fond Mexanizmi” (EFF) proqramının beşinci və altıncı icmallarını yekunlaşdırmaq üçün Fondun missiyasının payızda Qahirəyə səfəri planlaşdırılır.
Kozak əlavə edib ki, BVF-in qiymətləndirməsinə görə, Misirdə makroiqtisadi sabitliyin təmin olunması daha dərin islahatların həyata keçirilməsi üçün zəmin yaradır, iqtisadi artımı gücləndirir, keyfiyyətli iş yerlərinin yaradılmasına imkan verir, iqtisadiyyatın şoklara qarşı dayanıqlığını artırır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 13 Sentyabr 2025 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















