Misir təyyarəsi Polşaya təcili eniş etdi: 236 sərnişin ac qalıb
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misirin “Al Masria” Hava Yollarına məxsus UJ681 reysi ilə Şarm əş-Şeyxdən Kalininqrada uçan təyyarə Polşanın Poznan şəhərinə təcili eniş edib.
Axar.az xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, güclü qar səbəbindən Xrabrovo hava limanına enə bilməyən təyyarənin ekipajı Polşadan təcili eniş tələb edib.
Bildirilib ki, polşalılar təyyarəyə yanacaq vurmaqdan imtina edir və uçuşa icazə vermirlər.
Sərnişnlərdən birinin kanala verdiyi məlumata görə, artıq 10 saatdır uçuş üçün icazə gözləyirlər.
“Yemək qurtarıb, içməli su demək olar ki, bitmək üzrədir. Təyyarədə aralarında hamilə qadınların və uşaqların da olduğu 236 sərnişin var”, - məlumatda qeyd olunub.
Baxış sayı:171
Bu xəbər 16 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















