Misir və Qətər Qəzzada tezliklə atəşkəsə ümid edir
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misir və Qətər Qəzza zolağında 60 günlük atəşkəs haqqında razılaşmanın yaxın gələcəkdə əldə olunacağına ümid etdiyini bildirib.
Bu barədə “Report” iki ölkənin Xarici İşlər Nazirliklərinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, bu vasitəçi ölkələr hazırda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun təklifi əsasında İsrail və HƏMAS arasında mövcud mübahisəli məsələləri həll etməyə çalışırlar.
Tərəflər danışıqlar aparanları diplomatik prosesə məsuliyyətlə yanaşmağa və Qəzzada böhrana son qoymaq üçün vasitəçilərin səylərini asanlaşdırmağa çağırıblar.
"Cebheinfo.az"

Qahirə Qəzzada tezliklə atəşkəsə ümid edir
21 İyul 2025 09:31
Qətər XİN: Qəzzada atəşkəsə çox yaxınıq
14 Yanvar 2025 15:29
Misir və Qətər Qəzzada atəşkəs üçün vasitəçilik etməyə davam edir
25 İyul 2025 21:30
Türkiyə Qəzzada Qətər, Misir və ABŞ nin rəhbərlik etdiyi atəşkəs prosesini dəstəkləyir
11 Aprel 2025 16:07
Qəzzada müharibəyə son qoymaq planı açıqlandı Qətər və Misir birgə təklif irəli sürüb
22 Aprel 2025 16:53

