Icma.az
close
up
RU
Misirdə 5 min ildən sonra ilk dəfə görünən xallı kaftar çobanlar tərəfindən öldürülüb AZƏRTAC

Misirdə 5 min ildən sonra ilk dəfə görünən xallı kaftar çobanlar tərəfindən öldürülüb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 yanvar, AZƏRTAC

Misirdə 5 min ildən sonra ilk dəfə görünən xallı kaftar mal-qaraya hücum etdiyi üçün yerli əhali tərəfindən öldürülüb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, son beş il ərzində Misirin cənub-şərqində yağıntı və bitki örtüyünün miqdarının xeyli artması potensial vəhşi təbiət dəhlizi yaradıb. Bu nadir təbiət hadisəsi Afrikanın şimalında vəhşi heyvanların sayının artmasına müsbət təsir göstərsə də, yerli əhali arasında bunların tanınmaması Misirdə onların yenidən bərpası üçün əhəmiyyətli maneələr yaradır.

Misirdə 5 min il sonra xallı kaftarın görülməsi Şimali Afrikadakı vəhşi təbiət tədqiqatçılarının diqqətini çəkib və onlar bunu heyrətamiz hadisə olaraq qiymətləndiriblər. Alimlər Afrikanın ən təhlükəli yırtıcı heyvanlarından hesab edilən xallı kaftarların bu gözlənilməz qayıdışının iqlim dəyişmələri və ətyeyənlərin diqqətəlayiq uyğunlaşma qabiliyyəti ilə bağlı olduğunu düşünürlər.

Çəkisinin 60 kiloqrama yaxın olması və fərqli səsləri ilə tanınan xallı kaftarlar uzun müddətdir ki, Afrika savannasında üstünlük təşkil etsə də, Misirdəki mövcudluğu qədim tarixlə məhdudlaşıb.

Tədqiqatın aparıcı müəllifi, Əl-Əzhər Universitetindən professoru Adbullah Nagy tapıntı ilə bağlı danışıb: “Mənim ilk reaksiyam qalıqların foto və videolarını yoxlayana qədər inamsızlıq oldu. Sübutları görəndə isə bunun tamamilə gözləmədiyimiz hadisə olduğuna qərar verdim"

Xallı kaftarın öldürülməsi ilə bağlı danışan tədqiqatçı bildirib ki, çobanlara məxsus keçilərin parçalanması səbəbindən yerli sakinlər tərəfindən öldürülən yırtıcının mövcudluğu bölgənin vəhşi təbiət dinamikasını yenidən formalaşdıra biləcək daha geniş ekoloji dəyişikliklərə işarədir.

Professor Adbullah Nagy bu xallı kaftarın səyahətinin insan və vəhşi təbiət qarşıdurması ilə yekunlaşdığına diqqət çəkib: “Ancaq iqlim dəyişmələri bu surətlə davam edərsə, vəhşi təbiət mütəxəssisləri gözlənilməz heyvan növlərini minlərlə ildir görünmədikləri yerlərdə kəşf etməyə hazırlaşa bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri