Icma.az
close
up
RU
Misirdə 8 ci Qahirə Su Həftəsi keçiriləcək

Misirdə 8 ci Qahirə Su Həftəsi keçiriləcək

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 12-dən 16-dək Misirdə “İqlim dəyişikliyinə uyğunlaşma və suyun davamlılığı üçün innovativ həllər” devizi altında 8-ci Qahirə Su Həftəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, mütəxəssislər, o cümlədən 100-ə yaxın beynəlxalq və regional təşkilatın təmsilçiləri iştirak edəcəklər.

Tədbir çərçivəsində 125 sessiya, yüksəksəviyyəli plenar görüşlər, texniki seminarlar keçiriləcək. Əsas tədbirlər arasında Dünya Su Şurasının İdarə Heyətinin iclası, İslam Su Ehtiyatlarının İdarə Edilməsi Şəbəkəsinin 37-ci Baş Assambleyası və İcraiyyə Şurasının toplantısı, həmçinin UNESCO-nun Beynəlxalq Hidroloji Proqramının (IHP) 50 illik yubiley mərasimi yer alır.

Həftə ərzində Ərəb Ölkələri Liqasının Su və Kənd Təsərrüfatı üzrə ortaq texniki komitəsinin iclası, nazirlər görüşü, Avropa İttifaqının “Suya investisiya və maliyyələşdirmə” adlı illik konfransı, eləcə də Misir–Niderland Su Forumu kimi mühüm regional və beynəlxalq tədbirlər keçiriləcək.

Builki tədbirlər çərçivəsində su və meliorasiya sahəsində elmi araşdırmalar da təqdim ediləcək. Beş mövzu üzrə göndərilmiş 203 məqalədən 49-u qəbul edilib.

Eyni zamanda, su ehtiyatlarının səmərəli idarəolunnması üzrə innovativ həlləri üzə çıxaracaq müsabiqələr keçiriləcək.

Qahirə Su Həftəsində təşkil olunacaq sərgidə 22 şirkət və təşkilat su və iqlim sahəsindəki ən yeni həll və texnologiyalarını təqdim edəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see389

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see389

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see345

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see335

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see326

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see297

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see282

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see268

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see265

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see260

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see260

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see258

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see255

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see245

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see243

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see241

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see213

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see211

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri