Misirdə böyük tikinti işləri başladıldı Qəzzalılar üçün nələr planlanır?
Icma.az, Olke.az saytına istinadən bildirir.
Misir Qəzza zolağının şimalından olan köçkünlər üçün ən böyük düşərgənin tikintisinə başlayıb.
"Ölkə.az" xəbər verir ki, onlarla buldozer Nusayrat məntəqəsində, Bureyc düşərgəsi yaxınlığında müvəqqəti düşərgələrin və sığınacaqların qurulması, dağıntıların aradan qaldırılması və yolların təmizlənməsi işlərinə cəlb edilib. Hazırda Misir inşa etdirdiyi digər köçkün düşərgələrini də qəzzalılara təhvil verməyə hazırlaşır.
Bildirilir ki, HƏMAS və İsrail nümayəndə heyətləri arasında danışıqlar oktyabrın 6-da Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək. Danışıqlarda iştirak etmək üçün tərəflərin nümayəndə heyətləri, eləcə də ABŞ Prezidentinin elçiləri Cared Kuşner və Stiv Vitkof Misirə gəlib. Tərəflər israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi üçün uyğun şəraitin yaradılması, azad olunacaq məhbusların ilkin siyahılarının hazırlanması və dəyişmə prosesinin texniki detalları barədə razılıq əldə etməyə çalışacaqlar. Eyni zamanda, danışıqlarda müharibənin sona çatdırılması, daimi sülhün təmin olunması və İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi müzakirə olunacaq.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 05 Oktyabr 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















