Misirdə həmin bilərziyi tapmaq üçün təhlükəsizlik siqnalı verdilər
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misirdə rəsmilər Qahirədə yerləşən Misir Muzeyindən itən qədim bir bilərziyin tapılması üçün ölkə üzrə təhlükəsizlik siqnalı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Misirin Turizm və Qədim Əsərlər Nazirliyi təxminən 3 min il əvvələ, firon Amenemope dövrünə aid nadir qızıl bilərziyin muzeyin bərpa laboratoriyasından itdiyini açıqlayıb.
Bildirilib ki, bilərzik "lapis lazuli" (qiymətli mavi daşlarla) bəzədilib və tarixi baxımdan yüksək dəyərə malikdir.
Nazirlik hadisədən dərhal sonra məsələni polisə ötürdüyünü və bütün quru, dəniz və hava sərhəd-keçid məntəqələrinə bilərziyin fotoşəklinin göndərildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:Qədim Misirdə makiyaj təkcə gözəllik üçün deyildi
27 İyun 2025 09:32
Misirdə Azərbaycan dilini öyrənənlər üçün danışıq klubu açılıb
24 Aprel 2025 05:30
HƏMAS Misirdə atəşkəs danışıqları üçün əsas tələblərini açıqlayıb
07 Oktyabr 2025 22:07
Misirdə yaxta batıb
25 Noyabr 2024 16:36
Nazir müavini Misirdə
09 Sentyabr 2025 20:28
Baxış sayı:73
Bu xəbər 18 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















