Misirdə şir zoopark işçisini parçaladı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misirin Əl-Fəyyum şəhərində şir zooparkın əməkdaşına hücum edib. Kişini xilas etmək mümkün olmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Youm7" məlumat yayıb.
Qeyd olunur ki, 47 yaşılı işçi zooparkda mühafizəçi işləyib. Hadisə baş verən gün o, müvazinətini itirərək şirin volyerinə düşüb. Heyvan onun üstünə cumub və bir neçə dəfə başını dişləyib.
Məlumata görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları heyvana atəş açıblar.
Hadisədən sonra səlahiyyətlilər zooparkı müvəqqəti bağlamaq qərarına gəliblər.

Şir kişini parçaladı
11 Mart 2025 13:11
Aslan Misirdə Zoopark İşçisinə Hücum Etdi, Adam Öldü
03 Fevral 2025 01:51
Evində saxladığı şir kişini parçaladı
14 May 2025 09:43
Şirlər zoopark işçisini parçalayıblar...
17 Dekabr 2024 22:05
Kenquru zoopark işçisini döyərək öldürdü
17 May 2025 22:47

