Icma.az
close
up
RU
Misirdə turistlər artıq gecəyarısına qədər gəzə bilməyəcək

Misirdə turistlər artıq gecəyarısına qədər gəzə bilməyəcək

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misirin paytaxtı Qahirənin mərkəzində yerləşən kafe, mağaza və restoranlar artıq əvvəlkindən daha tez bağlanacaq. Bu qərar ABŞ və İsrail ilə İran arasındakı münaqişə fonunda artan enerji xərclərini azaltmaq məqsədilə hökumətin yeni sərəncamı ilə qəbul edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, kommersiya obyektləri həftə içi saat 21:00-da, həftə sonu isə 22:00-da bağlanacaq. Kopt Pasxası dövründə isə bu vaxt maksimum 23:00-a qədər uzadıla bilər. Bundan əvvəl həm yerli sakinlər, həm də turistlər kafe və küçələrdə gecəyarısına qədər vaxt keçirə bilirdilər.

Baş nazir Mostafa Mədubuli bu qərarı Misirin idxal olunan yanacaqdan yüksək asılılığı ilə izah edib. Fevralın sonundan başlayan münaqişədən sonra ölkənin aylıq enerji idxalı xərcləri iki dəfə artaraq 2,5 milyard dollara çatıb. İllik 20 milyard dollarlıq neft büdcəsinin təxminən 60 faizi elektrik şəbəkəsinin işlək vəziyyətdə saxlanmasına sərf olunur. Kiçik biznes artıq bu vəziyyətdən zərər görür: mağaza və kinoteatr sahibləri gəlirlərin 60 faizə qədər azaldığını bildirir, bəzi kafelər isə növbəli iş rejiminə keçməyə məcbur qalır.

Qahirədə turizm sektoru da bu dəyişikliklərdən təsirlənir. Məşhur bazarlar və tarixi məkanlar daha tez bağlandığı üçün turist axını azalır. Bununla belə, daha imkanlı sakinlər və turistlər məhdudiyyətlərdən azad olan Nil sahilindəki restoranlara və beynəlxalq otellərə üstünlük verirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Aprel 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri