Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ-yə məxsus qaz saxlama tankeri Misirin Aralıq dənizindəki Damyetta limanında dron hücumuna məruz qalıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu dəniz təhlükəsizliyi ilə məşğul olan "Ambrey" şirkəti açıqlayıb.
Şirkətin məlumatına görə, PUA "Energos Winter" gəmisinə çırpılıb, bundan sonra gəmidə yanğın başlayıb. Daha sonra alov yaxınlıqdakı "Gaslog Salem" qazdaşıyan gəmisinə keçib.
Liman xidmətləri göstərən "Inchcape" şirkətindən də Damyetta limanında iki qazdaşıyan gəmidə yanğın baş verdiyi bildirilib.
Mənbələrin məlumatına görə, heyət təxliyə edilib, yanğını nəzarətə götürmək mümkün olub. Zərərçəkən yoxdur. Hücumun arxasında kimin dayandığı hələ ki məlum deyil.
Bu mövzuda digər xəbərlər:Soçidə raket təhlükəsi: PUA neft tankerinə çırpılıb
02 Noyabr 2025 13:05
Dron Misirin Damietta limanında ABŞ a məxsus qaz tankerinə hücum edib
30 İyul 2026 11:56
Möhtəşəm Aralıq dənizi festivalı başlayır
11 Sentyabr 2025 14:05
Aralıq dənizi sahillərində güclü zəlzələ...
13 Sentyabr 2025 17:01
Aralıq dənizi sahilində unudulmaz istirahət
20 May 2026 10:14
Baxış sayı:183
Bu xəbər 29 İyul 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















