Misirin Azərbaycandakı səfiri BDU da olub
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Misir Ərəb Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, rektor səfiri Azərbaycanın ilk və ən böyük ali təhsil müəssisəsi olan BDU-da görməkdən məmnunluğunu bildirib, ölkəmizin ərəb dövlətləri ilə uğurlu əməkdaşlıq, dostluq münasibətlərinə malik olduğunu qeyd edib. Azərbaycanla ərəb ölkələrinin elm, təhsil, mədəniyyət sahələrindəki əməkdaşlığının ikitərəfli əlaqələrə böyük töhfə verdiyini vurğulayıb.
Elçin Babayev Şərqşünaslıq fakültəsinin BDU-nun ən qədim fakültələrindən olduğunu diqqətə çatdırıb, fakültədə ərəb dilinin tədrisi, bu sahədə qazanılan uğurlar barədə məlumat verib. Rektor BDU-nun digər sahələr üzrə də əməkdaşlığa açıq olduğunu bildirib, ərəb ölkələrinin, o cümlədən Misirin ali təhsil müəssisələri ilə memorandumların imzalanması, birgə tədqiqatların aparılması, ikili diplom proqramlarının hazırlanmasının əhəmiyyətindən söhbət açıb.
Səfir Houssam-Eldine Reda qeyd edib ki, dost ölkələrimiz və xalqlarımız bir-birinə qədim mədəni və tarixi köklərlə bağlıdır. O, ikitərəfli münasibətlərin inkişafında elm və təhsil sahəsində əməkdaşlığın danılmaz olduğunu vurğulayıb, BDU ilə Misir universitetləri arasında akademik və mədəni əməkdaşlığın güclənməsi üçün yardım edəcəyini qeyd edib.
Görüş zamanı tərəflər BDU və Misir ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 09 İyun 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















