Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qahirə, 1 aprel, AZƏRTAC
Misirin Bənha Universitetinin Filologiya fakültəsinin Xarici Dillər Mərkəzində Azərbaycan dilinin tədrisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, tədris ölkəmizin Misirdəki səfirliyinin təşkilatçılığı və Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) maliyyə dəstəyi ilə həyata keçirilir.
İlkin mərhələdə kursa 20 nəfər qeydiyyatdan keçib. Bununla yanaşı, proqramda iştirak etmək istəyənlərin müraciətləri davam edir.
Bildirilib ki, kursun iştirakçıları universitetin müxtəlif fakültələrinin tələbələri, eləcə də müəllimlər və tədqiqatçılardır.
Qeyd olunub ki, iştirakçılar Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin öyrənilməsinə böyük maraq göstərirlər. Onların bir qismi gələcəkdə Azərbaycanda təhsil almaq və təqaüd proqramlarına müraciət etmək niyyətindədirlər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Aprel 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















