Misli görülməmiş polis əməliyyatı: bir gecədə 21 min nəfəri evindən çıxardılar FOTO
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın Nürnberq şəhərində tikinti işləri zamanı İkinci Dünya Müharibəsinə aid bomba tapılıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ istehsalı olan bombanın nəzarətli şəkildə utilizasiyasından əvvəl təxminən 21 min nəfər təxliyə edilib.
Bomba Nürnberqin Qrossreut rayonunda tikinti işləri zamanı aşkarlanıb.
Bombanı zərərsizləşdirmək üçün polis və digər məsul şəxslər axşam boyunca qapı-qapı gəzərək sakinləri təxliyə etmələri barədə xəbərdarlıq ediblər.
Boş mənzillər işarələnib, yollar bağlanıb və səsgücləndiricilərlə elanlar verilib. Qrossreut rayonundakı 800 metrlik ərazi tamamilə boşaldılıb.
Bu təxliyə Nürnberqdə indiyə qədər müharibə bombasının qalığı üçün həyata keçirilən ən böyük təxliyə olub. Genişmiqyaslı təxliyə əməliyyatı bir gecədə başa çatıb.
450 kiloqramlıq bombanın ixtisaslaşmış qruplar tərəfindən səhər saat 3:30-da təhlükəsiz şəkildə zərərsizləşdirildiyi açıqlanıb.
Əməliyyatda təxminən 500 yanğınsöndürən, 250 təcili yardım işçisi, 60 texniki yardım təşkilatının (THW) işçisi və 100-dən çox polis əməkdaşı iştirak edib.
Bomba zərərsizləşdirildikdən sonra ərazi yenidən açılıb və vətəndaşların evlərinə qayıtmasına icazə verilib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















