Misli Premyer Liqası: Mövsümün azarkeş rekordu qeydə alınıb
Cbcsport saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasının XV turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.
"Neftçi Arena"da baş tutan Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.
Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.
"Köhlən atlar"ın IX turda səfərdə "Sumqayıt"ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.
Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni üç cavabsız qolla üstələyib.

Azərbaycan Premyer Liqası: Mövsümün azarkeş rekordu qeydə alındı
02 Dekabr 2024 12:50
Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb
05 May 2025 23:25
Azərbaycan Premyer Liqası: Neftçi Qarabağ görüşündə mövsümün rekordu qeydə alınıb
02 Dekabr 2024 11:56
Misli Premyer Liqası:
29 Mart 2025 12:57

