Misli Premyer Liqası: Neftçi doğma meydanda Kəpəzi məğlub edib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 15 dekabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib. “Neftçi Arena”da oynanılan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Neftçi" 7-ci pilləyə yüksəlib. "Kəpəz" isə 10 xalla 9-cu sırada qalıb.
Günün ilk oyununda “Zirə” və “Turan Tovuz” komandaları qarşılaşıb. “Zirə” İdman Kompleksində keçirilən görüş qolsuz heç-heçə ilə baş çatıb.
Hazırda Bakı təmsilçisi turnir cədvəlində 27 xalla dördüncü, Tovuz klubu isə 31 xalla üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, turun ötən gün baş tutmuş oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlib. “Şamaxı” - “Səbail” görüşündə isə qapılara qol vurulmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Dekabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















