Misli Premyer Liqası: Neftçi Turan Tovuz oyunu heç heçə ilə bitib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulub.
SİA xəbər verir ki, günün sonuncu qarşılaşmasında "Neftçi" evdə "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Ağ-qaralar"da 88-ci dəqiqədə Bassala Sambu, bölgə təmsilçisində isə 90+5-ci dəqiqədə Hayderson Hurtado fərqlənib.
Bu nəticədən sonra paytaxt klubu 28 xalla 6-cı, tovuzlular isə 43 xalla 4-cü pillədə qərarlaşıb.
Bu gün təşkil olunmuş ilk oyunda "Sumqayıt" "Kəpəz"in qapısından 3 cavabsız qol keçirib.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası: “Neftçi” “Şamaxı” oyunu heçheçə bitib
08 Noyabr 2024 18:32
Misli Premyer Liqası: Turan Tovuz Sabahla bərabərə qalıb
25 Noyabr 2024 15:26
Misli Premyer Liqası: “Turan Tovuz” səfərdə qalib gəlib
23 Fevral 2025 18:48
Misli Premyer Liqası: Səbail Turan Tovuz a qarşı
05 Aprel 2025 09:12
Misli Premyer Liqası: Turan Tovuz Qarabağ a qarşı
28 Mart 2025 09:25

