Misli Premyer Liqası: “Qarabağ” yenidən liderliyi ələ keçirib AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 23 noyabr, AZƏRTAC
Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” “ASCO Arena”da “Səbail”lə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Juninyo, Aleksey Kaşuk və Leandro Andrade vurublar.
Bu qələbə ilə xallarını 34-ə çatdıran Ağdam təmsilçisi yenidən liderliyi ələ keçirib. Bakı klubu isə 8 xalla 9-cu pillədə qalıb.
Günün digər matçı “Neftçi” və “Zirə” arasında oynanılacaq. “Neftçi Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, XIV turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 24-də keçiriləcək 2 oyunla yekun vurulacaq.
Baxış sayı:141
Bu xəbər 23 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















