Misli Premyer Liqası: “Sumqayıt” evdə “Karvan Yevlax”la qarşılaşacaq
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Misli Premyer Liqasında VIII turun daha bir oyunu “Sumqayıt” - “Karvan-Yevlax” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 18:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək.
Son üç turda cəmi bir xal toplayan Sumqayıt təmsilçisi hazırda altıncı pillədə qərarlaşıb. 11 xala malik Saşa İliçin komandası bu matçda qalib gəlsə, turnir cədvəlində ən azı birgünlük üçüncü yerə yüksələcək. Yevlax klubu isə hazırda beş xalla turnir cədvəlində 10-cudur.
18 oktyabr (şənbə)
18:00. “Sumqayıt” - “Karvan-Yevlax”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Oktyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















