Misli Premyer Liqasında mövsümün ilk baş məşqçi istefası reallaşıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 sentyabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk baş məşqçi istefası reallaşıb.
AZƏRTAC-ın məlumatına görə, "Kəpəz" çalışdırıcısı Adil Şükürovla yollarını ayırıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Buna komandanın cari mövsümdə sərgilədiyi oyun və uğursuz nəticələr səbəb olub. Komanda Premyer Liqanın son turunda səfərdə "Qəbələ"yə 3 cavabsız qolla uduzub.
İstefa ilə bağlı qərarın bu gün açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Adil Şükürov bu mövsümün əvvəlində "Kəpəz"in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl 2023-cü ilin noyabrından 2024-cü ilin avqust kimi komandaya rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:Misli premyer liqasında mövsümün bombardiri
26 May 2025 11:21
Misli Premyer Liqasında mövsümün rekordunun təkrarı
12 Fevral 2025 13:13
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu yenilənib AZƏRTAC
02 Dekabr 2024 11:16
Misli Premyer Liqasında “Top 7”
07 May 2025 17:54
Misli Premyer Liqasında hakim təyinatları
06 Dekabr 2024 14:55
Baxış sayı:63
Bu xəbər 22 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















