Misli Premyer Liqasında növbəti oyun keçirildi KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib.
KONKRET.az xəbər verir ki, “Şamaxı” və “Kəpəz” komandaları qarşılaşıblar. Şamaxı şəhər stadionununda təşkil olunan matç Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 69-cu dəqiqədə Luis Paçu vurub.Bu nəticədən sonra “Şamaxı” kollektivi 13 xalla turnir cədvəlində 7-ci pillədə qalıb. Aktivindəki xalları 10-a yüksəldən “Kəpəz” isə 9-cu yerə qalxıb.
Günün digər görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionununda reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq. “Zirə” 20 xalla 5-ci, “Sumqayıt” isə 16 xalla 6-cı yerdədir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” isə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Tura dekbarın 1-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















