Misli Premyer Liqasında XIV tura yekun vurulub
Icma.az, Cbcsport portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasında XIV tura yekun vurulub.
Turun bağlanış oyununda "Sumqayıt" doğma meydanda "Şamaxı"nı qəbul edib.
Meydan sahiblərinin 2:1 hesabı ilə qələbə qazandığı matçda hesabı qonaqlar açıb. 26-cı dəqiqədə Leroy Mikels fərqlənib. Bununla belə, fasilə ərəfəsində "gənclik şəhəri" təmsilçisi "status-kvo"nu bərpa edib. Cordan Rezabala 45+1-ci dəqiqədə adını tabloya yazdırıb. Qarşılaşmada yekun nəticəni isə Rövlan Muradov müəyyənləşdirib. 78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.
Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" 16 xalla altıncı sırada qərarlaşıb. "Şamaxı" isə 13 xalla yeddincidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0, "Qarabağ" "Səbail"i 3:0, "Neftçi" isə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Sabah" görüşü heç-heçə başa çatıb - 1:1.
Baxış sayı:118
Bu xəbər 25 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















