Icma.az
close
up
RU
MİT 53 nəfərin qatilini ələ keçirdi Reyhanlı teraktını Suriya kəşfiyyatı planlaşdırıb

MİT 53 nəfərin qatilini ələ keçirdi Reyhanlı teraktını Suriya kəşfiyyatı planlaşdırıb

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Hatay vilayətinin Reyhanlı rayonunda 53 nəfərin həyatını itirdiyi terror aktının təşkilatçılarından biri olan Temir Dükancını Suriyadan Livana qaçmağa hazırlaşarkən ələ keçirib. 

Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, Dükancı şəxsən Bəşər Əsəd dövründə Suriya kəşfiyyatı tərəfindən hazırlanıb. Bildirilib ki, Reyhanlı hücumu ilə bağlı aparılan araşdırmalarda qanlı əməliyyatın bilavasitə Əsədin kəşfiyyat rəhbəri tərəfindən idarə edildiyi müəyyən edilib.


Təhlükəsizlik mənbələrindən alınan məlumata əsasən, MİT terror aktında istifadə edilən partlayıcıların dəniz yolu ilə Türkiyəyə gətirilməsində və onların daşınması üçün nəqliyyat vasitələrinin təmin edilməsində iştirak edən Dükancının Suriyada olduğunu müəyyən edib.

Dükancının Livana qaçmağa hazırlaşdığı və burada terrorçu qrupları bir araya gətirərək Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərinə qarşı hücumlar planlaşdırdığı məlum olub. Bundan əlavə, onun saxta pasport əldə etməyə çalışdığı da müəyyən edilib.

Terrorçuların axtarış siyahısında "narıncı kateqoriya"da yer alan Temir Dükancı MİT-in Suriya-Livan sərhədində keçirdiyi xüsusi əməliyyat nəticəsində ələ keçirilib və Türkiyəyə gətirilib. Daha sonra o, Hatay Rayon Polis İdarəsinə təhvil verilib.


Qeyd edək ki, MİT 2018-ci ildə terror aktının digər iştirakçılarından Yusuf Naziki, 2025-ci ilin yanvarında isə Məhəmməd Dib Koralını Suriyada yaxalayaraq Türkiyəyə gətirmişdi.

"CNN Türk"ün xəbər müdiri Nihat Uludağ bildirib ki, MİT son illərin ən böyük əməliyyatlarından birinə imza atıb. Reyhanlı hücumu ilə əlaqədar üç əsas ad müəyyən edilmişdi. Onlardan ikisi daha əvvəl yaxalanmışdı, lakin əsas fiqur - bombanı hazırlayan şəxs - Temir Dükancı idi.

Dükancı 2006-2012-ci illərdə Əsəd dövründə Suriya kəşfiyyatına daxil olub və orada fəaliyyət göstərib. O, birbaşa Suriya Silahlı Qüvvələri və Baş Qərargah Kəşfiyyat İdarəsinin rəhbəri ilə əlaqə quraraq partlayıcı maddələr üzrə xüsusi təlim keçib. Bu biliklərdən Türkiyəyə qarşı istifadə edilib.

Dükancı Suriya kəşfiyyatı və Suriya Prezident Aparatı tərəfindən iki müxtəlif şəxsiyyət vəsiqəsi ilə təmin edilib ki, bu da ona toxunulmazlıq statusu qazandırıb. Hətta ona silah gəzdirmə icazəsi də verilib.


Bu sənədlərin ona verilməsinin əsas səbəbi Türkiyəyə qarşı hücumların təşkilində iştirak etməsidir. MİT-in araşdırmaları göstərib ki, Reyhanlı hücumunda istifadə edilən bombalar Əsəd dövründə Suriyanın Lazkiyədəki hərbi bazalarından dəniz yolu ilə gətirilərək Samandağa çatdırılıb. Hatayda terrorçular tərəfindən əldə edilən nəqliyyat vasitələrində gizlədilib və qanlı hücum həyata keçirilib.

Dükancının terror hücumunun hər mərhələsi barədə Əsədin kəşfiyyat rəhbərinə məlumat verdiyi müəyyən edilib. Hücumun əvvəlcə Ankarada və Konyada planlaşdırıldığı, lakin son anda Reyhanlıda həyata keçirildiyi də məlum olub. Bu əməliyyat, MİT-in Suriyada həyata keçirdiyi uğurlu əməliyyatlar silsiləsinin sonuncusu kimi qiymətləndirilir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri