MİT rəhbəri TBMM komissiyasının iclasına dəvət edilib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının (ilk adı: Terrorsuz Türkiyə Komissiyası - red.) ikinci iclası bu gün keçiriləcək.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, TBMM sədri Numan Kurtulmuşun rəhbəlik edəcəyi toplantıda proseslə bağlı ilk məlumatlandırma sessiyası təşkil olunacaq.
Bildirilib ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da toplantıya dəvət edilib.
İclasın Bakı saatı ilə 15:00-da başlaması planlaşdırılır.
Xatırladaq ki, ilk toplantı avqustun 5-də keçirilmiş, Terrorsuz Türkiyə Komissiyasının adı Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası olaraq dəyişdirilmişdi.
Sözügedən komissiya PKK terror təşkilatının özünü ləğv etməsi və silahları təhvil verməsindən sonra yeni reallığın hüquq müstəvisində təsbit edilməsi məqsədilə qurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 08 Avqust 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















