Mixail Kavelaşvilinin prezidentliyə namizədliyi qeydə alındı
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi rəsmi olaraq qeydiyyatdan keçirib.
Gununsesi.info bu barədə “Qafqazinfo” – ya istinadən xəbər verir.
Hazırda o, hakim partiyanın prezidentliyə yeganə namizədidir. Müxalifət seçkilərdə iştirakdan imtina edir və öz namizədini açıqlamayıb, həmçinin onların seçkilərə qatılıb-qatılmayacağı hələ məlum deyil.
Namizədlərin qeydiyyatı müddəti dekabrın 8-də başa çatır.
Gürcüstanda prezident seçkiləri 14 dekabrda keçiriləcək, inauqurasiya mərasimi isə 29 dekabrda baş tutacaq.
Qeyd edək ki, M. Kavelaşvili, həmçinin Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub. O, yığmada ümumilikdə 46 matç keçirib və bu oyunlarda 9 qol vurub. Bununla yanaşı, Kavelaşvili Tbilisinin “Lokomotiv”, Vladiqafqazın “Spartak-Alaniya”, eləcə də “Mançester Siti” və İsveçrənin müxtəlif klublarında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Dekabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















