Icma.az
close
up
RU
Mixail Qusman Moskvadan Bakıya köçüb FOTOLAR

Mixail Qusman Moskvadan Bakıya köçüb FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzun illər Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun müavini vəzifəsində çalışmış məşhur telejurnalist Mixail Qusmanın Moskvadan Bakıya köçdüyü bildirilir.  
Deokrat.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, son zamanlar Azərbaycan paytaxtında keçirilən tədbirlərdə aktiv formada iştirak edir.
Məsələyə aydınlıq gətirmək üçün bu ilin yanvarın 23-də M.Qusmanla əlaqə yaratdıq. Həmin vaxt ABŞ-nin Nyu-York şəhərində olduğunu bildirən jurnalist Bakıya qayıtdıqdan sonra suallarımızı cavablandıracağını söylədi.
Yanvarın 27-də onunla yenidən əlaqə saxlasaq da, hələ Bakıya qayıtmadığını və həftənin əvvəlində suallarımızı cavablandıracağını dedi. Növbəti müraciətimizdə isə fevralın əvvəli Bakıya gələcəyini söylədi.
Beləliklə bütün cəhdlərimizə baxmayaraq, M.Qusman Bakıya birdəfəlik köçüb-köçməməsi ilə bağlı suala aydın cavab vermədi. Amma hər danışıqda Nyu-Yorkdan Bakıya dönəcəyini söylədi.

“Yeni Sabah” M.Qusmanın yaxın dostları ilə də əlaqə saxlayıb. Onlar bildiriblər ki, tanınmış jurnalistin Bakıda evi var.  
Qeyd edək ki, Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytnant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olub. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olub.
O, 1970-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, 1973-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirib.
M.Qusman 1973-1986-cı illərdə  Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini, 1986-1991-ci illərdə  SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri - mətbuat mərkəzinin rəhbəri, 1991-1995 “İnfomol” İnformasiya Əməkdaşlıq Baş İdarəsinin direktoru, 1995-1998-ci illərdə  ANKOM-TASS beynəlxalq analitik agentliyinin vitse-prezidenti, 1998-1999-cu illərdə İTAR-TASS Beynəlxalq Əməkdaşlıq, İctimaiyyətlə Əlaqələr və Xüsusi Layihələr Baş İdarəsinin rəisi, 1999-cu ilin yanvar-noyabr aylarında  İTAR-TASS-ın baş direktor müavini, 1999-cu ilin noyabrından isə TASS xəbər agentliyinin baş direktorunun birinci müavini vəzifələrini icra edib.


M.Qusman 19-21 iyul tarixlərində Xankəndidə keçirilən III Qlobal Şuşa Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevə sual verərkən ondan unikal xarici diplomatiyası, çoxvektorlu siyasəti, etibarlı tərəfdaşlığının nədən qaynaqlandığını soruşmuş və bunun təməl prinsiplərini sadalamasını xahiş etmişdi. Bundan sonra Rusiyaya qayıdan Qusman iyulun 24-də Baş nazir Mixail Mişustinin sərəncamı ilə 1999-cu ildən bəri çalışdığı vəzifəsindən azad edilmişdi.
Mixail Qusman uzun illərdir Moskvada yaşayıb işləməsinə baxmayaraq, həmişə özünü bakılı kimi təqdim edib və bunu bütün müsahibələrində qürurla səsləndirib. O, Rusiya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayan az sayda tanınmış simalardandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri