Icma.az
close
up
RU
Mixaylo Podolyak: Rusiya danışıqlar prosesinə hazır olduğunu nümayiş etdirməlidir

Mixaylo Podolyak: Rusiya danışıqlar prosesinə hazır olduğunu nümayiş etdirməlidir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bu ilin əvvəlindən ABŞ-nin Moskva və Kiyev ilə danışıqlar apardığı dövrdə Ukraynaya hava hücumlarının sayı kəskin artıb.

Bunu "Report"a açıqlamasında Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.

"Rusiya ilə danışıqlar prosesinin başlanması dövründə mülki əhaliyə birbaşa zərbələrin sayı kəskin şəkildə artıb”.

O bildirib ki, təkcə aprel ayında müxtəlif şəhərlərdə, o cümlədən Kiyevdə 850-dən çox mülki şəxs öldürülüb. M.Podolyakın məlumatına görə, Ukraynada böyük şəhərlərin mərkəzlərinə zərbələr endirmək üçün müxtəlif formatlarda təxminən 5 min raket və dronlardan istifadə edilib:

“Qarşılıqlı zərbələr dayandırılmadan, deyək ki, 30 gün sakitlik olmadan hər hansı siyasi imkanlar haqqında danışmaq mümkün deyil. Yəni, Rusiya danışıqlar prosesinə hazır olduğunu nümayiş etdirməlidir".

Onun fikrincə, bu hələ yoxdur və yəqin ki olmayacaq.

M.Podolyak qeyd edib ki, Ukrayna 30 günlük atəşkəs formulunu qəbul etməyə hazır idi.

“Biz enerji infrastrukturuna 30 gün zərbə endirməmək formulunu qəbul etməyə hazır idik. Bütün bunlardan yalnız Rusiya imtina etdi. Müvafiq olaraq, atəşi dayandırmaqdan imtina etdiyi halda, Rusiya ilə danışıqlar prosesi çərçivəsində hansı siyasi müzakirələrin ola biləcəyini indi müzakirə etməyin mənası yoxdur" - deyə, Podolyak vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri