MJ Financial Services BOKT ın nizamnamə kapitalı 16 dəfə artırılır
Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
"MJ Financial Services" BOKT ASC-nin nizamnamə kapitalı 4 milyon 800 min 160 manat və ya 16 dəfə artırılır.
Marja.az xəbər verir ki, "MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd adi, sənədsiz, adlı səhmlər buraxıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hazırda "MJ Financial Services"in nizamnamə kapitalı 300 min 10 manatdır (hər biri 30 001 manat olmaqla, 10 ədəd adi, sənədsiz, adlı səhmdən ibarətdir). Yerləşdirmə uğurla yekunlaşarsa BOKT-ın nizamnamə kapitalı 5 milyon 100 min 170 manata yüksələcəkdir.
Hazırda "MJ Financial Services" BOKT ASC-nin nizamnamə kapitalının 70%-i Aydınov Camal İsax oğluna, 30%-i Rüstəmov Mədəd Nadir oğluna məxsusdur.
Səhmlərin yerləşdirilməsi üzrə anderrayter "Troni Învestisiya Şirkəti" QSC-dir.
"MJ Financial Services" BOKT ASC şirkəti son istehlakçıların həyata keçirdiyi alışları maliyyələşdirmə sahəsində fəaliyyət göstərir. Şirkətin maliyyələşdirdiyi əsas məhsul növləri mebel və ev aksesuarlarıdır. Bu sahədə Şirkət müxtəlif tanınmış brendlərin satışını həyata keçirdiyi mağaza və şəbəkələrlə əməkdaşlıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















