Icma.az
close
up
RU
MKİ nin keçmiş rəhbəri yalanı ilə ABŞ Konqressini “şoka salıb”

MKİ nin keçmiş rəhbəri yalanı ilə ABŞ Konqressini “şoka salıb”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Con Brennan (ABŞ-ın 44-cü prezidenti Barak Obama dövründə bu vəzifəni tutub - red.) Konqresə yalan ifadə verməkdə ittiham olunur.

"Report"un məlumatına görə, bu barədə "Breitbart News" portalı yazır.

Daha əvvəl "New York Post" qəzeti MKİ-nin Analiz direktorluğunun hesabatını dərc edib. Hesabatda göstərilir ki, 2016-cı ildə ABŞ seçkilərinə Rusiyanın güman edilən müdaxiləsi haqqında məruzə çoxsaylı prosedur pozuntuları ilə tərtib edilib və siyasi motiv daşıya bilər. Sözügedən sənəddə digər məsələlərlə yanaşı qeyd edilir ki, Brennanın təşəbbüsü ilə vəziyyətin qiymətləndirilməsinə "Stilin dosyesi" (Böyük Britaniya xüsusi xidmət orqanlarının əməkdaşı Kristofer Stilin adı ilə əlaqədardır - red.) daxil edilib. Bu dosye 2016-cı il seçki kampaniyası zamanı Amerika mətbuatı tərəfindən dərc edilb. Burada Rusiya ilə o zaman ABŞ prezidentliyinə namizəd olan, hazırkı prezident Tramp arasında sövdələşmə barədə bilərəkdən yalan iddialar irəli sürülürdü. Dosyenin tərtibatı ilə amerikan şirkəti "Fusion GPS", həmçinin Kristofer Stil və onun London şirkəti məşğul olub. Brennan isə kəşfiyyat idarəsinin kadr əməkdaşlarının rəyini nəzərə almayaraq, bu dosyenin yekun hesabata daxil edilməsində israr edib. Lakin ABŞ Konqresinin üzvləri ilə bağlı qapılar arxasında keçirilən iclaslarda MKİ-nin keçmiş rəhbəri əksini iddia edib.

"Breitbart News" Konqresdəki mənbəyə istinadən bildirir ki, orada Brennanın hesabatından və onun "soyuqqanlılıqla Konqresə yalan deməsindən şoka düşüblər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri