Icma.az
close
up
RU
MKİ Şimal Axını nın partladılması planını 2022 ci ilin yazında bilirmiş KİV

MKİ Şimal Axını nın partladılması planını 2022 ci ilin yazında bilirmiş KİV

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) "Şimal Axını” qaz kəmərlərinin partladılmasına hazırlıq barədə əməliyyatın planlaşdırılmasının erkən mərhələsində xəbərdar ola bilərdi. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel” nəşrinin araşdırmasında qeyd olunur.

Jurnalistlərin məlumatına görə, 2022-ci ilin yazında Kiyevdə MKİ nümayəndələri ilə Ukrayna diversiya əməliyyatları üzrə mütəxəssisləri arasında görüşlər keçirilib. Məlumat mənbələrinin iddiasına görə, həmin vaxt Ukrayna tərəfi Rusiya tərəfindən Almaniyaya qaz tədarük edən qaz kəmərlərini partlatmaq ideyasını təqdim edib, beləliklə Ukraynaya qarşı aparılan müharibəni maliyyələşdirirdi. Ukrayna tərəfinin bildirdiyinə görə, amerikalara bu plan xoş gəlib.

Nəşr yazır ki, bundan sonra MKİ nümayəndələri ilə qaz kəmərlərinə hücumun təşkilatçıları arasında əlavə görüşlər keçirilib. "Spiegel" Ukraynadakı bir neçə mənbə ilə danışıb və görüşlərin detalları öyrənilib.

Mənbələr bildirirlər ki, ideya 2022-ci ilin yazında, genişmiqyaslı işğalın ortasında, Rusiyaya ağrılı zərbə vurmaq ehtiyacı yarananda ortaya çıxıb.

Qeyd olunur ki, Baltik dənizindəki qaz kəmərləri uzun müddət Ukrayna və Qərb ölkələri üçün qıcıq mənbəyi olub. Onlar Rusiyaya qazı birbaşa Avropaya çatdırmağa imkan verirdi və bu, Ukraynaya tranzit gəlirlərindən məhrum edirdi. Bundan əlavə, bu kəmərlər Almaniyanın Kremlin enerji asılılığını gücləndirirdi.

Bildirilib ki, bir neçə ay ərzində ukraynalılar dənizçilər vasitəsilə partlayıcıların yerləşdirilmə planını hazırlayıblar. Marşrutlar, gəmilər və 80 metr dərinliyə dalmaq qabiliyyətinə malik şəxslər seçilib. Əməliyyat "Diameter” kod adı alıb.

Mənbələr bildirir ki, əməliyyatı həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı təsdiqləyib, lakin prezident Volodimir Zelenski təsdiqləməyib. Prezident administrasiyasının məlumatlandırılmadığı iddia olunur.

Eyni zamanda planın müzakirəsi üçün amerikalılarla görüşlər keçirilib. Bir mənbə bildirib ki, amerikalılar "Bu yaxşıdır, işləyir” deyiblər və Ukrayna tərəfi heç bir etiraz eşitməyib.

Mənbələrdən biri bildirib ki, ikinci görüşdə MKİ dəstək siqnalı verib və hətta görünür ki, amerikalı agentlər planın maliyyələşməsində kömək edə bilərdi. Lakin sonra ABŞ mövqeyini dəyişib. "Spiegel"in məlumatına görə, 2022-ci ilin yayında MKİ əməliyyatı, xüsusilə maliyyə baxımından dəstəkləyə bilməyəcəklərini bildirib. 

ABŞ təhlükəsizlik xidmətləri mənbələrinə görə, 2022-ci ilin yazında Vaşinqtonun maraqları tam fərqli olub. O zaman əsas diqqət Ukraynaya mümkün qədər çox dəstək göstərməyə yönəldilmişdi. "ABŞ niyə müttəfiqin infrastrukturuna hücumun hüquqi əsasını təmin etməli idi?", jurnalistlər yazır.

Bundan əlavə, 2022-ci ilin iyun ayında məlumat sızması baş verib: Niderland hərbi kəşfiyyatı MIVD Ukraynadakı mənbə vasitəsilə hücum planından xəbər tutub və MKİ və Almaniya Federal Kəşfiyyat Xidmətini xəbərdar edib.

Almanlar həmin vaxt skeptik yanaşıblar. Şübhələr əsasən xəbərdarlığın hücumun planlaşdırılan tarixini əhatə etməsi ilə bağlı olub. Həmin vaxt isə tarix keçmişdi və heç nə baş verməmişdi. Əslində, diversantlar əməliyyatı sadəcə təxirə salmışdılar.

ABŞ xüsusi əməliyyatın qarşısını almaq üçün aktiv tədbirlər görüb. Bildirilir ki, MKİ nümayəndəsi Ukrayna prezident administrasiyası ilə danışıb və əməliyyatın ləğv edilməsini tələb edib.

Buna baxmayaraq, əməliyyat baş tutub. Araşdırmaya görə, komanda yeni sponsor tapıb – ukraynalı özəl iş adamı, xərclərin böyük hissəsini (təxminən 300 min dollar) avadanlıq, gəmi icarəsi və partlayıcılar üçün ödəyib.

"2022-ci il sentyabrın 7-də icarəyə götürülmüş yelkənli yaxta "Warnemunde"dən Baltik dənizinə yola düşüb. Təqsirləndirilənlər arasında altı kişi və bir qadın olub, dənizçi və kapitan da var idi. Alman tədqiqatçıları hesab edir ki, əməliyyata Sergey K. rəhbərlik edib”, deyə jurnalistlər yazır.

"Spiegel" bildirir ki, jurnalistlər şərh üçün MKİ-yə müraciət ediblər, lakin oradan yalnız araşdırmanın "çox dəqiq olmadığını” və "faktiki məlumat kimi qəbul edilməməli olduğunu” bildiriblər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Fevral 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri