Icma.az
close
up
RU
MKİ sosial media videoları ilə çinlilərdən ABŞ a casusluq etməyi xahiş edib

MKİ sosial media videoları ilə çinlilərdən ABŞ a casusluq etməyi xahiş edib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Çinli məmurları hədəf alan yeni video seriyası ilə diqqət çəkib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan videolarda Çin Kommunist Partiyasından narazı olan dövlət qulluqçuları Amerika kəşfiyyatı ilə əməkdaşlığa çağırılır.

Putonxua (Mandarin) dilində olan kinematoqrafik videolar Çindəki korrupsiya və zülmdən narazı olanlara mesaj göndərir: “MKİ ilə əlaqə saxlayın”, deyə. MKİ rəsmiləri deyirlər ki, oxşar kampaniyalar keçmişdə də Rusiyaya qarşı uğurla həyata keçirilib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe, yayımlanan videoların Çinə qarşı həyata keçirilən kəşfiyyat fəaliyyətinin bir hissəsi olduğunu vurğulayıb: “Tariximizdə heç bir düşmən Çin Kommunist Partiyası qədər ciddi və strateji təhlükə törətməyib”, - deyən Ratcliffe, videoların təhlükəyə "yaradıcı və qətiyyətli" cavab olduğunu bildirib.

MKİ məmuru: “Çin vətəndaşları bilməlidirlər ki, bizim qapılarımız onların üzünə həmişə açıqdır”, - deyə qeyd edib. Həmin məmur bildirib ki, agentlik təkcə ənənəvi casusluq məlumatları ilə deyil, həm də elm, texnologiya, kibertəhlükəsizlik və xarici siyasət kimi geniş sahələrlə məşğul olur.

Altı ay əvvəl Mandarin dilində olan başqa bir video Çin vətəndaşlarına “qaranlıq internet” vasitəsilə MKİ-yə təhlükəsiz şəkildə necə daxil olmağı izah edib. Sözügedən video 900 min dəfədən çox izlənilib. Mərkəzi Kəşfiyyat İdarəsi məlumatı bu yolla paylaşmağı təklif edən çinli könüllülərin sayında artım olduğunu bildirir.

Fevral ayında Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin rus dilində hazırladığı oxşar videolara cavab olaraq amerikalı “vətənpərvərləri” hədəf alan təbliğat yayımlayıb.

ABŞ rəsmiləri xəbərdarlıq edir ki, həm Çin, həm də Rusiya son vaxtlar federal işçilərin sayının azalmasından istifadə edərək Amerika kəşfiyyatına sızmağa çalışırlar.

Çinin Vaşinqtondakı səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri