Icma.az
close
up
RU
MKİSlər vətəndaşlardan mənzil haqqı yığa bilər?

MKİSlər vətəndaşlardan mənzil haqqı yığa bilər?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

El arasında "JEK" kimi tanıdığımız Mənzil-Kommunal İstismar Sahələri (MKİS) ilə bağlı Oxu.Az redaksiyasına müraciət daxil olub.
Vətəndaşlar qeyd edirlər ki, MKİS əməkdaşları "zibil pulu"ndan əlavə, özəlləşdirilmiş mənzilin kvadratmetrinə görə hesablanmış ödəniş tələb edirlər.
Maraqlıdır, belə bir qanun varsa, ödəniş hansı tariflə hesablanır?
Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı suallarını aidiyyəti quruma ünvanlayıb.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən (MKTD) sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavədə sözügedən məsələ qeyd olunub:
"Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) tam kommunal təminatlı mənzillər üçün 1 kv. metr yaşayış sahəsinə görə bir ayda 2 qəpik, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün 1 kv. metr yaşayış sahəsi üçün bir ayda 2 qəpik xidmət haqqı tarifləri təsdiq edilib, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının "Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" 29.06.2024-cü il tarixli, 8 saylı qərarına əsasən, 01.07.2024-cü il tarixdən əhali üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinə görə adambaşına bir ayda 1 manat (1 iyul tarixinədək adambaşına bir ayda 30 qəpik olub) kommunal xidməti tarifi müəyyən edilib".
Məlumatda bildirilib ki, yaşayış sahəsinə və kommunal xidmətə görə haqq hər ay üçün mənzil-istismar təşkilatlarının təqdim etdiyi ödəniş sənədləri əsasında həmin xidmətlərdən istifadə edən şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli Qərarının 1 nömrəli əlavəsinə müvafiq olaraq təsdiq edilmiş məbləğdə vaxtında və tam şəkildə ödənilməlidir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş mənzil (ev) xidməti tarifləri qüvvədə olduğundan mənzil-istismar təşkilatları tərəfindən mənzillərin hər 1 kv.m yaşayış sahəsinə görə ayda 2 qəpik xidmət haqqının və bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinə görə adambaşına ayda 1 manat kommunal xidmət haqqının hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Tarif (Qiymət) Şurasının yuxarıda adıçəkilən qərarlarına uyğun aparılır".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Dekabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri