MM üzərinə həbs qoyulan əmlakla bağlı qaydaların Nazirlər Kabinetinin təsdiqləməsini qəbul edib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin bugünkü plenar iclasında Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
“Report”un məlumatına görə, dəyişikliklə Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək.
Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.
Layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 14 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















