MM yubiley medalının təsis edilməsini təsdiqləyib
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Milli Məclis Azərbaycan Konstitusiyasının 30 illiyi (1995-2025) ilə əlaqədar yubiley medalının təsis edilməsini təsdiqləyib.
Missiya.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, yubiley medalı ilə Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, onun aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 Oktyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















