Icma.az
close
up
RU
MMA da uğurlu karyeranın gürcü modeli

MMA da uğurlu karyeranın gürcü modeli

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən həftə olduğu kimi, bu gün də MMA (qarışıq döyüş sənəti) azarkeşlərinin diqqəti ABŞ-nin Las-Veqas şəhərinə yönələcək. Bu həftəsonunun əsas qarşılaşması meksikaəsilli amerikalı MMA döyüşçüsü Entoni Ernandes ilə Azərbaycan tamaşaçısına yaxşı tanış olan gürcü Roman Dolidze arasında baş tutacaq.

Bu qarşılaşmanın orta çəki dərəcəsində titul yolunda ən əhəmiyyətli savaş olacağı gözlənilir. Hər iki döyüşçü sərt, dayanmadan pressinq edən, rəqiblərini təzyiq altında saxlayan üsluba üstünlük verir. Ancaq fərqli bacarıqlara da malikdirlər: əgər Ernandes daha çox temp və davamlılıqla seçilirsə, Dolidze gözlənilmədən "partlamaq" gücü və texniki qrapplinq bacarıqları ilə ad çıxarıb. Onların tərəf olduqları hər bir döyüşdə gedişat bir anın içində dəyişə bilər.

UFC-də döyüşən beş gürcü idmançıdan biri olan Roman Dolidze hazırda orta çəki dərəcəsində (84 kq) reytinqdə doqquzuncu yerdə qərarlaşıb. Onun peşəkar rekordu 15 qələbə və üç məğlubiyyətdən ibarətdir.

Dolidzenin döyüş ruhu onun keçdiyi həyat yolu ilə bağlıdır. Roman üçün bu yol asan olmayıb. Hər bir gürcü kimi, o da gənc yaşlarında futbol oynayıb, ancaq sonra peşə sahibi olmaq üçün Ukraynada mühəndislik təhsili alıb. Hərbi təcrübəsi də var - Dolidze müharibə şəraitində olan Gürcüstanda ordu sıralarında xidmət çəkib. UFC yolu da məhz bundan sonra başlayıb: Braziliya ciu-citsusuna maraq göstərib və bu idman növündə qara kəmər dərəcəsi qazanıb. MMA dünyasına gec yaşda daxil olsa da, qısa müddətdə böyük irəliləyiş göstərib və özünü UFC səviyyəsində sübut edib. Onun döyüşlərində texniki bacarıq, qəfil və sərt hücumlar, ən əsası isə gürcü mentaliteti faktoru bir araya gəlir.

Ümumiyyətlə, Gürcüstan UFC-də son illərdə bir neçə parlayan ulduz yetişdirib. Məsələn, UFC-nin Bakı turnirinə qonaq kimi gələn Merab Dvalişvili hazırda "bantamweight" (61 kq) divizionunda çempiondur və bu il üçüncü dəfə öz kəmərini oktyabrın 5-də Las-Veqasda Kori Sendhagenə qarşı qoruyacaq. O, dayanmadan pressinq edən, yorulmaq bilməyən və rəqiblərini tükəndirib taqətdən salan üslubla tanınır.

Daha bir yüksəkreytinqli gürcü döyüşçü İliya Topuriya UFC-də hazırda "lightweight" (70 kq) divizionunda çempiondur. O, texniki boksu, sürəti və özünəinamı ilə tanınır. Topuriya Gürcüstanın və təmsil etdiyi İspaniyanın fəxri hesab olunur. Onun qardaşı, yaşca böyük olan Aleksandr Topuriya da MMA-da yüksələn döyüşçülərdəndir və perspektivdə böyük uğurlar qazana biləcək potensiala malikdir.

Təbii ki, əgər gürcü MMA ustalarından danışırıqsa, digər tanınmış gürcü idmançı Giga Çikadzeni unuda bilmərik. O, UFC "featherweight" (66 kq) divizionunda 15 nömrədir və karyerası boyunca güclü kikboksinq bacarıqları ilə fərqlənib.

Adıçəkilən gürcü döyüşçülərin şöhrəti Gürcüstanda MMA-nın necə sürətlə inkişaf etdiyini sübut edir. Bu, həm də gürcü idmançıların fərdi döyüş növlərində qazandıqları uğurlarla kifayətlənmədiklərinin sübutudur. Əsl döyüşçü daim yeni üfüqlərə doğru irəliləməlidir.

Bünyad Qaraxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri